Fergüssonun avtobioqrafiyasında 45 səhv

Fergüssonun avtobioqrafiyasında 45 səhv
XƏBƏR 18 Noyabr 2013 / 16:51 2229
-  A +

“Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Fergüssonun “avtobioqrafiya” kitabının müəllifləri alıcıların kitab üçün ödədiyi məbləği geri qaytarmaq məcburiyyətindirlər.

Qol.Az-ın məlumatına görə, buna səbəb oxucuların kitabda aşkar etdikləri 45 səhv olub.

Güman edilir ki, bir həftə ərzində satılan 115 min 547 kitab alıcılarının hamısına pulları qaytarmaq mümkün olmayacaq. Yaxın vaxtlarda buraxılan səhvlərin düzəldiləcəyi gözlənilir.

Səhvlər əsasən baş vermiş hadisələrin tarixləri ilə bağlıdır. Bu səhvlərdən birində Rayan Qiqqzin klubda debüt oyununun 16 yaşında keçirildiyi bildirilir. Lakin futbolçunun “Mançester Yunayted”də 17 yaşda debüt etdiyi məlumdur.

Daha çox


Son xəbərlər
topaz banner