Deşam: "Braziliyaya getmək istəyiriksə..."

Deşam: "Braziliyaya getmək istəyiriksə..."
XƏBƏR 18 Noyabr 2013 / 16:32 2133
-  A +

Fransa millisinin baş məşqçisi Didye Deşam sabah "DÇ-2014"ün seçmə mərhələsində Ukrayna ilə cavab qarşılaşması öncəsi açıqlama verib.

Qol.Az-ın məlumatına görə, "L'Equipe"yə danışan təcrübəli mütəxəssis bu matçın onlar üçün çox təhlükəli keçəcəyini deyib:

"Çox yaxşı hücumlar edən bir komanda ilə oyanayacağıq. Buna görə həm müdafiədə, həm də hücumda yaxşı təsir bağışlamalıyıq. Heç bir səhvə yol vermək olmaz. Dünya çempionatına vəsiqə qazanmaq istəyiriksə, meydanda ölməyə belə hazır olmalıyıq".

Qeyd edək ki, bu yığmalar arasında ilk qarşılaşma Ukraynanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Daha çox


Son xəbərlər
topaz banner