Almaniya millisinin sabiq futbolçusu müharibədə həlak oldu

Almaniya millisinin sabiq futbolçusu müharibədə həlak oldu
XƏBƏR 18 Noyabr 2013 / 15:04 2393
-  A +

Almaniya milli komandasının sabiq futbolçusu Burak Karan Suriyada gedən vətəndaş müharibəsində hələk olub.

Qol.Az-ın məlumatına görə, “Hamburq”, “Hannover 96” və ”Alemaniya” kimi komandalarda çıxış edən futbolçu 2008-ci ildə futboldan uzaqlaşaraq İslam qruplaşmasına qoşulub.

Futbolçunun qardaşı Mustafa Karan qardaşının ölümü haqqında araşdırma aparılacağını bildirib.

Qeyd edək ki, futbolçu (U-16 və U-17) Sami Xedira və Boatenq ilə bir komandada çıxış edib.

Daha çox


Son xəbərlər
topaz banner