"Qalatasaray"dan Con Terri açıqlaması

"Qalatasaray"dan Con Terri açıqlaması
XƏBƏR 18 Noyabr 2013 / 13:45 2756
-  A +

"Qalatasaray" klubu qış transfer pəncərəsində "Çelsi"nin futbolçusu Con Terrini transfer edəcəkləri ilə bağlı yayılan xəbərləri təkzib edib.

Qol.Az-ın məlumatına görə, "DHA"ya danışan klub rəsmisi Lütfi Arıboğan ingilis müdafiəçi ilə maraqlanmadıqlarını deyib:

"Bizim transfer hədəfimiz Terrinin oynadığı mövqe deyil. Bundan başqa komandaya daha gənc oyunçular gətirməyi düşünürük. Terri "Qalatasaray"ın gündəmində yoxdur".

Qeyd edək ki, "Qalatasaray"ın futbolçu üçün "Çelsi" ilə razılığa gəldiyi iddia edilirdi.

Daha çox


Son xəbərlər
topaz banner