Fatih Terim 9 milyon avroluq müqaviləni rədd etdi

Fatih Terim 9 milyon avroluq müqaviləni rədd etdi
XƏBƏR 18 Noyabr 2013 / 13:07 3166
-  A +

Türkiyə millisinin baş məşqçisi Fatih Terim yığma ilə müqavilə imzalamadan öncə ona təklif edilən sözləşməni rədd edib.

Qol.Az-ın "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssisi Qətərin "Ay Rayvan" klubu komandaya gətirmək istəyib.

Ancaq baş məşqçi illik 9 milyon avro olan üç illik müqaviləni rədd edib. O, bunu Türkiyə yığmasını çalışdırmasıyla bağlı federasiyaya söz verməsi ilə əlaqələndirib.

Qeyd edək ki, F.Terim bu yaxınlarda yığma ilə 5+2 sistemi ilə yeni müqavilə imzalayıb.

Daha çox


Son xəbərlər
topaz banner