"Ançelotti Mourinyodan daha çox uğur qazanacaq"

"Ançelotti Mourinyodan daha çox uğur qazanacaq"
XƏBƏR 18 Noyabr 2013 / 13:01 2077
-  A +

“Milan”ın keçmiş hücumçusu Marko Simone “Real”ın sabiq çalışdırıcısı Joze Mourinyo ilə klubun hazırki baş məşqçisi Karlo Ançelottini müqayisə edib.

Qol.Az-ın məlumatına görə, Simone Ançelottinin Mourinyodan daha çox uğur qazanacağını bildirib.

“Real”ın baş məşqçisi olmaq həm asandır, həm çətindir. Bu komandada Kriştiano Ronaldo kimi futbolçu var. Belə futbolçular sənin komandana hər an qələbə qazandıra bilərlər.

Ancaq dünya ulduzları ilə işləmək çox çətindir. Düşünürəm ki, Ançelotti Mourinyodan daha çox uğur qazanacaq. Mourinyo hər zaman vəziyyəti daha da gərginləşdirir. Ançelotti isə hər zaman problemi yoluna qoymağa qadir olub”.

Daha çox


Son xəbərlər
topaz banner