"Borussiya"nın futbolçusu "Barselona"nın hədəfində

"Borussiya"nın futbolçusu "Barselona"nın hədəfində
XƏBƏR 18 Noyabr 2013 / 12:26 5174
-  A +

“Borussiya” (Dortmund) klubunun gənc yarımmüdafiəçisi Marko Roys "Barselona"ya keçə bilər.

Qol.Az-ın məlumatına görə, 24 yaşlı futbolçunun meneceri “Barselona” nümayəndələri ilə görüşüb.

Klub nümayəndələri ilə baş tutan görüşdə Roysun meneceri futbolçunun “Barselona”ya keçidinə razı olduğunu bildirib.

Qeyd edək ki, Dortmund klubu futbolçu üçün 35 milyon avro ödəniləcəyi təqdirdə transfer üçün heç bir çətinlik yaratmayacağını açıqlayıb.

Xatırladaq ki, Roys ilə “Mançester Yunayted” klubu da maraqlanır. ”Qırmızı şeytanlar” futbolçu  üçün Şinci Kaqavanı və müəyyən bir miqdarda pul təklif etməyə hazırdır.

Daha çox


Son xəbərlər
topaz banner