"Braziliyaya getmək üçün meydanda ölməyə hazırıq"

"Braziliyaya getmək üçün meydanda ölməyə hazırıq"
XƏBƏR 18 Noyabr 2013 / 11:23 2132
-  A +

Fransa yığmasının və “Arsenal”ın hücumçusu Olivye Jiru komandasının Braziliyada keçiriləcək mundiala getmək şansları haqqında danışıb.

Qol.Az-ın məlumatına görə, hücumçu "DÇ 2014"ə vəsiqə qazanmağın artıq bir şərəf işi olduğunu bildirib.

“Biz Brazilyaya vəsiqə qazanmaq üçün meydanda ölməyə hazırıq. Mən ilk oyunda alınan nəticəyə görə heyfslənirəm. Bu, artıq bizim üçün şərəf məsələsidir. Əminəm ki, rəqib hər hansı bir sürprizə hazır deyil. Meydanda sərt bir oyun gedəcək. Rəqib əlindən gələni edəcək ki, məğlub olmasın. Fransanın dünya çempionatına yollanacağına inanıram. Bu məsələnin əksini düşünmək belə istəmirəm”.

Xatırladaq ki, Ukraynada keçirilən ilk görüşdə meydan sahibləri 2:0 hesablı qələbə qazanmışdılar.

Daha çox


Son xəbərlər
topaz banner