"İnter"lə oyun üçün hazırlığını davam etdirən "Neftçi" klubu İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda əvəzedici komanda ilə qarşılaşıb.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, oyun əsas heyətin 4:1 hesablı qələbəsi ilə nəticələnib. Əsas heyətin üzvlərindən Flavinyo və Denis Silva zədə səbəbindən matçda iştirak etmədiklərindən yüngül qaçışla kifayətləniblər.