“İnter”in müdafiəçisi Ruslan Əmircanov klubun rəsmi saytına müsahibə verib.
- Ruslan, “Simurq”la matç kifayət qədər mürəkkəb alındı. Ancaq hər iki tərəfin cəhdlərinə baxmayaraq, oyunda qol olmadı...
- Biz bilirdik ki, görüş çox ağır olacaq. Birinci dövrədə bu komandaya məğlub olmuşduq, buna görə də onlarla oyuna ikiqat səylə hazırlaşırdıq. Həmin məğlubiyyətin əvəzini çıxmağı çox istəyirdik. İlk hissədə “Simurq”un daha çox qol vəziyyəti oldu, lakin qapıçımız Giorgi Lomayanın inamlı oyunu qonaqlara hesabı açmağa imkan vermədi. Fasilədə məşqçimiz bəzi dəyişikliklər etdi və bundan sonra daha yaxşı oynadıq. Komanda daha inamla hərəkət etməyə başladı. Biz bir neçə təhlükəli vəziyyət yaratdıq, ancaq həmin vəziyyətlərdən yararlana bilmədik. Yekun heç-heçə bizə bir siqnal olmalıdır ki, heç bir halda rahatlaşmamalıyıq. Çempionatda zəif komanda yoxdur və hər xala layiq olmalısan.
- Milli komandanın oyunlarıyla əlaqədar oyundan dərhal sonra çempionatda fasilə yarandı. Necə düşünürsən, yaranmış fasilə “İnter”in oyununa necə təsir göstərəcək?
- Düşünürəm ki, fasilə bizə faydalı olacaq. Çempionatın ən məsuliyyətli mərhələsinə yaxınlaşmışıq və indi bizə xal toplamaq lazımdır. Fasilə çərçivəsində keçirilən məşqlərin bizə faydalı olacağını düşünürəm. Bu vəziyyət bizə “Neftçi” ilə oyuna yaxşı hazırlaşmağımıza kömək edəcək. Bir sözlə, düşünürəm ki, bu fasilənin “İnter”ə daha çox faydası olacaq.
- Topaz Premyer Liqada “İnter” növbəti tur “Neftçi” ilə qarşılaşacaq. Bu yaxınlarda komandaya yeni məşqçi - Nazim Süleymanov təyin edildi. Bizim gələcək rəqibimiz hazırda “Qarabağ”la turnir cədvəlində 1-ci yeri bölüşür. Qarşıdakı matç barədə nə deyə bilərsiniz?
- Nazim Süleymanov yerli məşqçilərin ən yaxşı nümayəndələrindən biridir. Bundan başqa, o, yaxşı futbolçu olub və bu oyunun bütün incəliklərini bilir. “Neftçi”nin nəyə qadir olduğunu bilirik. Son turda “Bakı” kimi güclü rəqiblə azlıqda oynamağa məcbur olmuşdular, lakin bu hal da onlara qələbə qazanmağa mane ola bilməmişdi. Son zamanlar “Neftçi” ilə oynumuz yaxşı alınmır. “İnter”də olduğum müddətdə bu komandayla bir heç-heçə oynamışıq, qalan oyunlardasa meydandan məğlub ayrılmışıq. Bu seriyanı dayandırmağa çalışarıq, bir də ki, doğma stadionda oynacağıq. Çox güman ki, baş məşqçimiz bizə vacib tapşırıqlarını verəcək. Məşqçimizin bütün tapşırıqlarını yerinə yetirə bilsək, o zaman nəticə əldə edə biləcəyik.
- “İnter” hazırda turnir cədvəlində 5-ci yeri tutur. Necə düşünürsən, komanda daha yüksək yerlərdə qərarlaşa biləcək?
- Bu, həm oyunçulardan, həm də məşqçilər korpusundan asılıdır. Məşqçi tapşırıqlarını verir, taktiki sxemləri seçir, ancaq onun ideyalarını reallaşdırmaq məhz futbolçulara həvalə olunur. “İnter”in yaxşı icraçıları var, kollektiv mehribandır və bu keyfiyyətlər bizə daha yüksək yerlərə ucalmağa mütləq kömək etməlidir. Belə də, bizə yalnız meydana çıxmaq və meydanın hər sahəsi uğrunda mübarizə aparmaq qalır. Əgər mütəmadi olaraq xal toplasaq, o zaman daha yüksək yerlədən danışa bilərik. Bu, bizim məqsədimizdir və bu məqsədə doğru addımlamalıyıq.
Urfan Abbasov "Kəpəz"də
"Qəbələ" "Şəfa"ya qarşı
"Barselona"nın "Qamper kuboku"ndakı rəqibi bəlli oldu
İtaliya millisi Pirloya tapşırıldı
Rodri əməliyyat olunacaq
"Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
Ceyhun Nuriyevin yeni klubu
Buffon İtaliya millisinə qayıtmaqdan imtina etdi
De Yonq Niderland millisinii günahlandırır
Van Bommelin təyinatı açıqlandı
"Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
"İmişli"dən ayrılan futbolçu "Xankəndi"də
Klopp debütünü Niderlanda qarşı edəcək
"Monako"nun futbolçusu "Nyukasl"a keçdi
Per Mertezaker Almaniya millisində - Rəsmi
"Zirə"dən ayrılan hücumçu bu kluba keçdi
Yurgen Klopp rəsmən Almaniya millisində! - Yenilənib
Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
Qvardiola İtaliya millisinə "yox" dedi
Argentina millisi ilə vidalaşdı
"Payde"nin kapitanı "Zirə" ilə oyundan danışdı
"Arsenal" yeni formasını təqdim etdi - Şəkil
Futbolun ən gözəl tərəfi - Masazırdan reportaj
"Cavab oyununda bəzi şeyləri dəyişməliyik" - Mateuş Koxalski
"Beşiktaş"ın qələbəsi - Video
Millinin baş məşqçisi ilə bağlı qərar verildi
"Belə xəbərlər mənə və ailəmə pis təsir edir" - Joni Montiel
De Yonq uzun müddət oynamayacaq
Vüsal KL matçında oynadı, komandası qalib gəldi
"Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
I Liqa klubu anqolalını transfer etdi
"Qarabağ"ın potensial rəqiblərinin oyununda darmadağın
Qurban Qurbanov: “SSKA çox bərk rəqib idi”