Almaniya millisi və "Real" ciddi itki ilə üzləşdi

Almaniya millisi və "Real" ciddi itki ilə üzləşdi
XƏBƏR 16 Noyabr 2013 / 14:51 2586
-  A +

Madrid "Real"ı ciddi itki ilə üzləşib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, dünən Almaniya millisinin yarımmüdafiəçisi Sami Xedira İtaliya ilə keçirilən yoldaşlıq oyununda zədələnərək sıradan çıxıb.

İlk müayinədən sonra zədəsinin ciddi olduğu məlum olan S.Xediranın 6 ay yaşıl meydanlardan uzaq qalması gözlənilir.

Almaniya yığmasının həkimi Şolfaxrt oyunçunun uzun müddət müalicə olunmalı olduğunu bildirib: "Onun dünya çempionatına qədər sağalmasına ümid edirik".

Son xəbərlər
topaz banner