Xavi: "Valdesin yerinə..."

Xavi: "Valdesin yerinə..."
XƏBƏR 16 Noyabr 2013 / 11:30 3192
-  A +

"Barselona"nın futbolçusu Xavi Hernandez mövsümün sonunda klubdan ayrılacağı gözlənilən  Viktor Valdesin yerinə komandada görmək istədiyi qapıçının adını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, "El Mundo Deportivo"ya danışan ispan yarımmüdafiəçi "Liverpul"un qolkiperi olan və hazırda "Napoli"də icarə əsasında forma geyən Pepe Reynanın Kataloniya klubuna transferini çox istədiyini deyib: "Düzdür, kimin transfer olunub-olunmayacağını mən müəyyənləşdirə bilmərəm. Amma onun "Barsa"ya gəlməsi komanda üçün çox yaxşı olar".

Qeyd edək ki, P.Reyna futbolçu karyerasına Kataloniya klubunda başlayıb.


Son xəbərlər
topaz banner