"Qəbələ" AZAL-la oyuna hazırlaşır (FOTOLAR)

"Qəbələ" AZAL-la oyuna hazırlaşır (FOTOLAR)
XƏBƏR 16 Noyabr 2013 / 00:55 1318
-  A +

"Xəzər Lənkəran" - "Qəbələ" (0:0) matçının ardından 2 günlük istirahətə buraxılan "qırmızı-qaralar" noyabrın 13-dən etibarən XIV tur çərçivəsində baş tutacaq "Qəbələ" - AZAL matçının hazırlıqlarını davam etdirir. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən gün baş tutan təlim-məşq prosesində zədəlilər - Rail Məlikov və Ürfan Abbasov iştirak etməyib.

Yüngül zədəsi olan İbrahima Niasse komandadan ayrı çalışıb. Məşqdə futbolçular müxtəlif toplu və topsuz çalışmalar yerinə yetiriblər. Hazırılıq prosesinə ikitərəfli oyunla yekun vururlub.

Xatırladaq ki, "Qəbələ" matçı noyabrın 21-də saat 14:00-da start götürəcək.

Son xəbərlər
topaz banner