"Qəbələ"nin düşərgəsində yeni futbolçu

"Qəbələ"nin düşərgəsində yeni futbolçu
XƏBƏR 16 Noyabr 2013 / 00:36 2122
-  A +

Premyer Liqanın XIV turu çərçivəsində doğma meydançada baş tutacaq "Qəbələ" - AZAL oyununun hazırlıqlarını davam etdirən "qırmızı-qaralar"ın düşərgəsinə yeni futbolçu qatılıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu "Qəbələ"nin əvəzedicilərdən ibarət komandasının heyətində top qovan Şamil Camalədinovdur.

Ampluaca yarımmüdafiəçi olan Şamil 1995-ci il mayın 1-də anadan olub. Yarımmüdafiəçi Azərbaycan U-19 komandasının üzvüdür.


Son xəbərlər
topaz banner