Xavi: "Ronaldinyo da Neymar kimi utancaq idi"

Xavi: "Ronaldinyo da Neymar kimi utancaq idi"
XƏBƏR 15 Noyabr 2013 / 18:32 2540
-  A +

“Barselona”nın yarımmüdafiəçisi Xavi Ernandez komanda yoldaşı Neymarın oyunu haqqında danışıb.

Qol.Az-ın məlumatına görə, təcrübəli futbolçu brazilyalı gənc ulduzun oyununu keçmiş komanda yoldaşı, Neymarın həmyerlisi Ronaldinyonun oyununa bənzədib.

“Neymar mənə Ronaldinyonu xatırladır. Ronaldinyo da əvvəllər utancaq idi, ancaq sonradan özünə inamı qaytardı. Neymar ağıllı futbolçudur. O, yalnız təkbətək epizodlarda deyil, komanda oyununda da özünü yaxşı tərəfdən göstərir. Onun hələ 21 yaşı var. Komandaya uyğunlaşmağı sürətlə gedir.

Qeyd edək ki, Neymar bu mövsüm “Barselona” forması ilə 4 qol vurmağa nail olub.

Son xəbərlər
topaz banner