Boksçusumuz ermənini məğlub edib finala yüksəldi

Boksçusumuz ermənini məğlub edib finala yüksəldi
XƏBƏR 15 Noyabr 2013 / 16:21 1967
-  A +

Rusiyanın Anapa şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyində azərbaycanlı boksçu yarımfinal mərhələsində erməni rəqibini məğlub edərək finala yüksəlib.

Trend-in məlumatına görə, 70 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı boksçu Hüseyn Tarverdili ½ finalda Vardan Kosyanla üz-üzə gəlib. Azərbaycan boksçusu erməni rəqibini 30:28 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bundan əvvəl 46 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov Ermənistan boksçusu Sergey Getovonyan üzərində inamlı qələbə qazanmışdı - 3:0.

Xatırladaq ki, digər 3 idmançımız da yarışın yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Son xəbərlər
topaz banner