Ronaldo: "7 nömrəli forma mənə əlavə güc verdi"

Ronaldo: "7 nömrəli forma mənə əlavə güc verdi"
XƏBƏR 15 Noyabr 2013 / 15:15 2711
-  A +

Hazırda “Real” (Madrid) klubunun şərəfini qoruyan, Kriştiano Ronaldo “Mançester Yunayted”ə ilk gəldiyi vaxtlardan danışıb.

Qol.Az-ın məlumatına görə, ulduz futbolçu geydiyi 7 nömrəli formanın onun üçün əlavə motivasiya olduğunu bildirib.

“Kluba gəldiyim gün məşqçi hansı nömrə ilə çıxış etmək istədiyimi soruşdu. Mən isə cavabımda 28 dedim. Lakin Fergüsson mənə: “Yox, sən 7 nömrəli forma ilə çıxış edəcəksən” dedi. Bu məşhur forma mənim üçün əlavə motivasiya mənbəyi oldu, mənə güc verdi. Hər görüşdə bu formaya layiq olduğumu sübut etməyə çalışırdım”. – deyə Ronaldo bildirib.

Qeyd edək ki, portuqaliyalı futbolçu 2003-cü ildən 7 nömrəli forma ilə çıxış edir.

Son xəbərlər
topaz banner