"Sübut etdik ki, müdafiədə etibarlı oynayırıq"

"Sübut etdik ki, müdafiədə etibarlı oynayırıq"
XƏBƏR 15 Noyabr 2013 / 14:17 1581
-  A +

“Barselona” klubunun futbolçusu Xerard Pike klubun müdafiə xətti haqda danışıb.

Qol.Az-ın məlumatına görə, futbolçu klubun müdafiəsinə düzgün qiymət verilmədiyini bildirib:

“Müdafiə xəttində biz həqiqətən gözəl oynayırıq. Lakin futbola baxan insanlar buna diqqət etmirlər. Biz çox qol buraxmırıq. Ötən mövsüm bəzi oyunlarda bir neçə səhvə yol verdik.

Bundan dərhal sonra artıq komandaya yeni müdafiəçilərin lazım olduğu deyildi. Bu mövsüm sübut edirik ki, biz müdafiədə kimin oynamasından asılı olmayaraq etibarlı oynayırıq”.


Son xəbərlər
topaz banner