Riberi: "Fransada məni dəstəkləmirlər"

Riberi: "Fransada məni dəstəkləmirlər"
XƏBƏR 15 Noyabr 2013 / 14:08 1831
-  A +

“Bavariya” klubunun hücumçusu Frənk Riberi "Qızıl top" uğrunda yarışda ölkəsində onu yetərincə dəstəkləmədiklərini bildirib.

Qol.Az-ın məlumatına görə, hücumçu fransızların onu bu mübarizədə autsayder olaraq göstərmələrindən gileylənib.

“Məni autsayder kimi təqdim edirlər, lakin “Qızıl top”u qazanmaq üçün bu kifayət etmir. Daha çox dəstək lazımdır. Argentina və Portuqaliya təmsilçilərindən soruşun ki, onlar Riberini dəstəkləyəcəklər?

Hərdən elə hiss edirəm ki, Fransada bu mükafatı daha çox Messi və Ronaldonun almasını istəyirlər. Mənim üçün çox maraqlıdır niyə belə?
Mən ötən mövsüm gözəl oyun sərgilədim və mümkün olan bütün kubokları qazandım”.


Son xəbərlər
topaz banner