"Messi ən güclüdür, ikinci pillədə zədəli Messidir"

"Messi ən güclüdür, ikinci pillədə zədəli Messidir"
XƏBƏR 15 Noyabr 2013 / 11:11 2516
-  A +

“Real” (Madrid) klubunun keçmiş baş direktoru Xorxe Valdando “Barselona”nın futbolçusu Lionel Messi haqda xoş sözlər deyib.

Qol.Az-ın məlumatına görə, komandanın keçmiş direktoru bildirib ki, Messi hər zaman olduğu kimi planetin ən güclü futbolçusudur.

“Messi dünyanın ən yaxşı futbolçusudur. İkinci pillədə isə zədəli Messidir.” – deyə Valdando qeyd edib.

Qeyd edək ki, Messi La Liqada "Betis"lə matçda zədələndiyi üçün 2 ay yaşıl meydanlardan uzaqda qalacaq.

Son xəbərlər
topaz banner