"Bakı" Fransa hazırlıqlarını davam etdirir (VİDEO)

"Bakı" Fransa hazırlıqlarını davam etdirir (VİDEO)
VİDEO 15 Noyabr 2013 / 10:13 1338
-  A +

Fransanın Lans şəhərində təlim-məşq toplnatısını davam etdirən "Bakı"nın U-15 komandası bu axşam Lansın A komandasının ev oyunlarını keçirdiyi "Feliks Bollar" stadionunu gəzib-dolaşıblar.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Fransanın tarixi stadionlarından biri kimi tanınan "Feliks Bollar"ın infrastrukturu ilə tanış olan uşaqlar klub dükanına da baş çəkiblər.

Stadionda xatirə fotoları çəkdirən komanda üzvləri Frnasanın ən çox azarkeş toplayan stadionlarından birin ekskursiyadan razı qaldıqlarını bildiriblər.

Qeyd edək ki, "Felix Bollar" orta hesabla hər oyuna, təxminən, 32 min azarkeş toplayaraq, azarkeş baxımından Fransanın 3-cü arenası ünvanını daşıyır. Bazaya qayıdandan sonra futbolçular məşqə çıxıb. Məşq zamanı texnika üzərində çalışan gənc futbolçular topla rəftar təmrinlərini yerinə yetiriblər. Məşq fiziki çalışmalarla başa çatıb. Komanda üzvləri sabah Fransanın paytaxtı Parisə səfər edəcək.


Daha çox


Son xəbərlər