FİFA-dan yenilik

FİFA-dan yenilik
XƏBƏR 14 Noyabr 2013 / 17:34 2665
-  A +

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) futbolçuların dopinqdən istifadə edib-etməməsi ilə bağlı daha ciddi işlər görməyə hazırlaşır.

Qol.Az-ın "Sporx.com"a istinadən verdiyi məlumata görə, bu məqsədlə ali futbol qurumu 2014-cü ildə baş tutacaq dünya çempionatı öncəsi qan örnəkləri və bioloji pasportla bağlı çalışmalarını davam etdirir.
 
Hazırda 600-700 futbolçu üçün bioloji pasport hazırlanıb. Bu barədə məlumat verən FİFA Dopinq Komitəsinin katibi Dvorak "DÇ-2014"ün futbolçuların bioloji pasportu olacağı ilk turnir kimi tarixə düşəcəyini bildirib:

"Futbolçuların qan dəyərləri bu pasportda yer alacaq. Bu pasportun dünya çempionatında istifadə olunması təxminən 1 milyon dollara başa gələcək".

Son xəbərlər
topaz banner