Mourinyo Falkaoya görə üç futbolçu ilə yollarını ayırır

Mourinyo Falkaoya görə üç futbolçu ilə yollarını ayırır
XƏBƏR 14 Noyabr 2013 / 14:23 2885
-  A +

“Çelsi” klubunun baş məşqçisi Joze Mourinyo qış transfer pəncərəsində 3 futbolçunu satmaq fikrinə düşüb.

Qol.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis bu addımı "Monako"nun forvardı Radamel Falkaonu transfer etmək üçün atacağını deyib.

Mourinyo Kevin De Bruyne, Demba Ba və David Luizi satmaqla Falkaonun transferinə şərait yaratmaq istəyir. Hər üç futbolçu əsas heyətin oyunçularıdır və hazırda onların “Çelsi”dəki gələcək karyerası şübhə altındadır.

Son xəbərlər
topaz banner