İbrahimoviç: "Hər üç futbolçu "Qızıl top"u qazanmağa layiqdir"

İbrahimoviç: "Hər üç futbolçu "Qızıl top"u qazanmağa layiqdir"
XƏBƏR 14 Noyabr 2013 / 13:28 2421
-  A +

PSJ-nin və İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç “Qızıl top”a əsas namizəd futbolçular - Ronaldo, Messi və Riberi haqda danışıb.

Qol.Az-ın məlumatına görə, İbrahimoviç "Qızıl top"a namizəd olan futbolçulardan hər üçünün bu mükafata layiq olduqlarını bildirib.

"Qızıl top"a namizəd bir çox futbolçu var. Riberi möhtəşəm oynayır. O, ötən il mümkün olan bütün mükafatları qazandı. Messi isə sözün həqiqi mənasında istedadlı futbolçudur. Kriştiano Ronaldo isə digərləri kimi çox gözəl bir mövsüm keçirib" – deyə İbrahimoviç qeyd edib.

Son xəbərlər
topaz banner