"Bavariya"nın gəliri açıqlandı

"Bavariya"nın gəliri açıqlandı
XƏBƏR 14 Noyabr 2013 / 13:18 1696
-  A +

"Bavariya" klubunun 2012/2013 mövsümündəki gəlirləri açıqlanıb.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, ötən mövsümlə müqayisədə gəlirlərini 62 milyon avro artıraraq 393 milyon avroya yüksəldən klub tarixində ən çox qazancını əldə edib.

Gəlirlərin açıqlandığı zaman vergidən yayındığı üçün məhkəmə qarşısına çıxacaq Münhen təmsilçisinin prezidenti Uli Henessə böyük dəstək gəlib. O, isə bu dəstək qarşısında göz yaşlarını saxlaya bilməyərək hönkür-hönkür ağlayıb. Klub prezidenti etdiyi hərəkətin böyük səhv olduğunu bildirib.

Son xəbərlər
topaz banner