Braziliya çempionu məlum oldu

Braziliya çempionu məlum oldu
XƏBƏR 14 Noyabr 2013 / 12:07 1842
-  A +

Futbol üzrə Braziliya çempionatında 2013/2014-cü il mövsümünün qalibi məlum olub.

Qol.Az-ın məlumatına görə, “Kruzeyro” klubu səfərdə “Vitoriya”nı 3:1 hesabı ilə məğlub etməklə Braziliya çempionatının qızıl medallarını rəsmiləşdirib. Turnirin başa çatmasına 4 tur qalmış Belu-Orizonti klubu ən yaxın izləyicisi  “Atletiko Paranaense”ni 16 xal qabaqlayır.

Qeyd edək ki, “Kruzeyro” tarixində 3-cü dəfə Braziliya çempionu olur.

Son xəbərlər
topaz banner