Topaz Premyer Liqasında 13-cü turun rəmzi komandası məlumdur. Qol.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən ötən turun ən yaxşı 11-liyinə aşağıdakı futbolçular daxildir:
Qapıçı – Giorgi Lomaya (İnter)
Müdafiəçilər: Bruno Bertuççi (Neftçi), Alvarez Abrante (Bakı), Denis Silva (Neftçi), Maksim Medvedev (Qarabağ)
Yarımmüdafiəçilər: Etame Mbilla (Xəzər Lənkəran), Lukas Mario Horvat (Bakı), Rəşad Sadiqov (Neftçi), Araz Abdullayev (Neftçi)
Hücumçular: Cavid İmamverdiyev (Neftçi), Viktor İqbekoyi (AZAL)
Bədavi Hüseynov (Qarabağ) ən çox dəqiq ötürmə verən, Pərdis Fərcad-Azad (Sumqayıt) isə qapıya ən çox dəqiq zərbə endirən futbolçudur. Hava mübarizələrində Junior Nildo (Xəzər Lənkəran), rəqibdən top almaqda isə Şəhriyar Rəhimov (AZAL) hamıdan uğurlu olub. Nikola Valentiç (Qəbələ) 12 dəfə rəqib ötürmələrinin qarşısını kəsməklə fərqlənib. Ən çox qayda pozuntusuna yol verən Pərdis Fərcad-Azad (Sumqayıt), ən çox qayda pozuntusuna məruz qalan isə Rəşad Sadiqov (Neftçi) və Junior Nildodur (Xəzər Lənkəran).
Topaz Premyer Liqasının 13-cü turunun ən yaxşı oyunçusu isə “İnter”in gürcüstanlı qapıçısı Giorgi Lomaya olub. Qeyd edək ki, cari mövsümdə buna qədər iki dəfə qapıçı Topaz Premyer Liqasında turun ən yaxşı oyunçusu seçilib. 11-ci turda “Simurq”un qapıçısı Pavel Kapsa, 6-cı turda isə “Qəbələ”nin qapıçısı Dieqo Kosta turun ən yaxşı futbolçusu seçilib.
Nəriman "Fənərbaxça"ya qarşı oynadı
Flik La Liqada tarixi rekorda imza atdı
Rafinya het-trik etdi, Yamal qol vurdu
Elvin yaşıl meydana bu tarixdə qayıdır
“Qarabağ” - “Sumqayıt” matçında vurulan 6 qol - Video
“Oyunu idarə etməyi öyrənməliyik” - Filipe Kandido
“Qarabağ”ı məyus edən zədə. Ona təsəlli oldular - Video
“Beşiktaş”a keçə bilər
“Qarabağ” 2 uğursuz seriyaya 4 qolla son qoydu
"Şamaxı" 3 xalı 2 qolla qazandı - Video
“Qaradağ Lökbatan” 18 qolla qalib gəldi
Azərbaycan millisi Şimali Makedoniyaya məğlub oldu
“Nəhayət, qələbə əzmini gördüm” - Azər Bağırov
“Futbolçular da əsəbi olurlar” - Yeton Bekiri
"Qarabağ" - "Sumqayıt": Heyətlər
Mourinyo 15 il sonra ilk dəfə...
Qolunu oyun personajına həsr etdi
Mahir Emrelidən son 4 oyunda 3 qola töhfə
Flik “Sabah”ın qoluna niyə əsəbiləşib? - Özü açıqladı
"Şamaxı" - "Qəbələ": Heyətlər
38 dəqiqəyə penta-trik
"Külək "Barselona"nın xeyrinə əsir"
Muslera qapı dirəyini öpüb karyerasını başa vurdu - Video
"Mançester Yunayted"dən antirekord
Mourinyo məğlubiyyət və Arda haqda
Mahir Emreli: “Çətin mövsüm keçiririk”
“Real”ın gözlənilməz məğlubiyyətindən - Video
“Mançester Yunayted” darmadağın oldu, "Lids"dən qələbə
“Stadionları insanların ayağına aparmalıyıq?” - Dambrauskas
Rüfətin komandası uduzdu
“Sabah” “Araz-Naxçıvan”ı belə məğlub etdi - Video
“Biz də qələbə qazanmaq istəyirik” - Yuri Maksimov
"Sabah" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
“Əl-Nəsr”dən çempionatda tarixi rekord
“Turan Tovuz”un qələbəsindən - Video
Berdiyevdən Məmmədovun şərhinə cavab: “Bu, onun fikridir”
“Ən azı bir xal qazanmağa layiq idik” - Azər Məmmədov
Toralın komandası heç-heçə etdi
Bərdədə vurulan 2 qol - Video
2-ci liqada 13-cü tura start verildi
"Sabah" - "Araz-Naxçıvan": Heyətlər
“Bavariya”da Musiala ilə bağlı narazılıq artır
Ölkə çempionu aşağı liqaya düşdü