"Qızıl top"a ən layiqli namizəd mənəm"

"Qızıl top"a ən layiqli namizəd mənəm"
XƏBƏR 14 Noyabr 2013 / 11:10 2543
-  A +

FİFA-nın hər il təşkil etdiyi "Qızıl top" mükafatına ən real namizədlərdən olan "Bavariya"nın futbolçusu Frank Riberi iddialı açıqlama verib.

Qol.Az-ın məlumatına görə, fransız hücumçu özünü bu mükafata ən layiqli namizəd hesab etdiyini bildirib:

“Ronaldo, çox güclü futbolçudur, lakin ötən mövsüm mən klub səviyyəsində mümkün olan bütün titulları qazandım. Mənim üçün ötən il karyeram ərzində ən gözəl mövsüm oldu. Düşünürəm ki, futbolçularımızın hazırlığı istənilən səviyyədə olsa, biz bu ildə bütün mükafatları qazanacağıq.” – deyə Riberi bildirib.




Son xəbərlər
topaz banner