"Dənizlispor" Arif İsayevlə yolları ayırır

"Dənizlispor" Arif İsayevlə yolları ayırır
XƏBƏR 14 Noyabr 2013 / 10:47 2386
-  A +

Türkiyənin birinci divizion təmsilçisi "Dənizlispor" yanvar ayında azərbaycanlı futbolçusu Arif İsayevlə yolları ayıracaq.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə klubun baş məşqçisi Yusuf Şimşek açıqlamasında deyib. Bildirib ki, A.İsayev istənilən oyunu sərgiləmədiyi üçün bu qərar verilib: "Bundan sonra mütləq əcnəbi oyunçu almaq kimi bir israrımız yoxdur. Yerli transferlər edə bilərik".

Qeyd edək ki, Dənizlispor" da A.İsayevlə yanaşı, Saşa Yunisoğlu da forma geyir.


Qarabağ FK
Son xəbərlər
topaz banner