Avropa çempionatında ilk iki medal

Avropa çempionatında ilk iki medal
XƏBƏR 14 Noyabr 2013 / 00:22 1539
-  A +

Rusiyanın Anapa şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında Azərbaycanın ən azı 2 boksçusu bürünc medalı təmin edib.

Bunlar Rüfət Hüseynov və Ümid Rüstəmovdur.
 
46 kq çəki dərəcəsində mübarizə aparan Hüseynov ¼ finalda Ermənistan boksçusu Sergey Getovonyan üzərində inamlı qələbə qazanıb – 3:0. Həmyerlimiz yarımfinalda Gürcüstan təmsilçisi Giorgia Çarqazia ilə qarşılaşacaq.
 
50 kq çəkidəki Rüstəmov isə macarıstanlı Mate Çazçarı üstələyib – 3:0. Rüstəmovun növbəti rəqibi irlandiyalı Patrik Kleari olacaq.
 
Qeyd edək ki, Avropa çempionatında daha 5 boksçumuz ¼ final döyüşünə çıxacaq (Lent.az).

Son xəbərlər
topaz banner