Robben: "Hollandiya millisi çempion ola bilər"

Robben: "Hollandiya millisi çempion ola bilər"
XƏBƏR 13 Noyabr 2013 / 18:21 2232
-  A +

Hollandiya millisinin futbolçusu Aryen Robben iddialı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, "Bavariya"nın futbolçusu Hollandiya millisinin dünya çempiona olacağına inandığını bildirib:

"Artıq indidən dünya çempionatı haqda düşünürük. Bəlkə də, çoxları bizi dünya çempionu kimi görmürlər. Ancaq biz qrup mərhələsində yaxşı oyun nümayiş etdirsək, çempion ola bilərik. Təbii ki, bu, bizim ən böyük arzumuzdur.

Keçirəcəyimiz yoldaşlıq oyunlarına gəldikdə isə bu matçlar da bizim üçün əhəmiyyətlidir. Həm Yaponiya, həm də Kolumbiya yığması ilə dünya çempionatında da qarşılaşa bilərik. Hazırda çoxları Kolumbiya millisinin inkişafından danışır. Onların yüksək səviyyəli futbolçuları var və hazırda FİFA reytinqində 4-cü pillədə qərarlaşıblar. Yaponiya yığması isə çox çətin rəqibdir".

Qeyd edək ki, Hollandiya yığması noyabrın 16-da Yaponiya, 3 gün sonra isə Kolumbiya ilə yoldaşlıq görüşü keçirəcək.


Son xəbərlər
topaz banner