"Şuşa"nın baş məşqçisinin cəzası yüngülləşdirildi

"Şuşa"nın baş məşqçisinin cəzası yüngülləşdirildi
XƏBƏR 13 Noyabr 2013 / 15:16 1379
-  A +

Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib.

Qol.Az-ın məlumatına görə, iclasda “Qəbələ”, “Mil-Muğan” və məşqçi Nadir Qasımovun müraciətlərinə baxılıb.

Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
 


1. AFFA-nın İntizam Komitəsinin “Qəbələ” İK-nın U-17 komandasına “İnter" - "Qəbələ” oyununda verilmiş texniki məğlubiyyət, klubun məşqçisi və klub barədə çıxardığı qərar qüvvədə saxlanılsın.
 
2. AFFA-nın İntizam Komitəsinin “Mil-Muğan” FK-nın futbolçusu  Hacıyev Elşən Elman oğlu barədə çıxardığı qərar qüvvədə saxlanılsın.
 
3. AFFA-nın İntizam Komitəsinin “Şuşa”nın baş məşqçisi Nadir Qasımov barədə çıxardığı qərar qismən dəyişdirilsin. Baş məşqçi Nadiq Qasımov intizam tədbiri olaraq 5 oyunluq kənarlaşdırılsın, digər 5 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Nadiq Qasımov analoji hərəkətlərə yol verdiyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.

Son xəbərlər
topaz banner