Mançini "Çelsi"nin futbolçusunu istəyir

Mançini "Çelsi"nin futbolçusunu istəyir
XƏBƏR 13 Noyabr 2013 / 13:42 2767
-  A +

Türkiyənin “Qalatasaray” klubu “Çelsi”nin müdafiəçisini transfer etmək istəyir.

Qol.Az-ın məlumatına görə, “Qalatasaray” London klubunun müdafiəçisi Con Terri ilə yaxından maraqlanır.

“Qalatasaray” klubunun italyalı baş məşqçisi Roberto Mançini Terini qış transfer pəncərəsində alınacaq futbolçular siyahısına əlavə edib. İstanbul təmsilçisinin yaxın günlərdə Terri üçün "Çelsi"yə rəsmi təklif göndərəcəyi bildirilir.

Xatırladaq ki, Terrinin “Çelsi” klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır.

 


Son xəbərlər
topaz banner