"Qalatasaray"dan göndəriləcək futbolçular bəlli oldu

"Qalatasaray"dan göndəriləcək futbolçular bəlli oldu
XƏBƏR 13 Noyabr 2013 / 13:22 4085
-  A +

"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini Türkiyə superliqasında "Fənərbaxça"ya məğlubiyyətin ardından komandadan göndəriləcək  futbolçuların siyahısını rəhbərliyə təqdim edib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssisin görmək istəmədiyi ilk futbolçu Danidir. Digər oyunçular isə  Albert Riera və Nordin Ambaratdır. Hər üç futbolçunun uğursuz çıxışı səbəbindən baş məşqçi onların ayrılmasını istəyir.

R.Mançini həmçinin Emre Çolak, Sabri Sarıoğlu, Yekta Kurtuluş və Hakan Balta kimi türk futbolçuların yanvar ayına qədər gözlənilən oyunu nümayiş etdirməyəcəyi təqdirdə başqa klublara transfer olunmasını tələb edəcək.


Son xəbərlər
topaz banner