Van Persi Hollandiya millisindən kənarda qaldı

Van Persi Hollandiya millisindən kənarda qaldı
XƏBƏR 13 Noyabr 2013 / 12:46 1679
-  A +

Hollandiya milli komandasının ulduz futbolçusu Robin van Persi yığmanın heyətindən kənarlaşdırılıb.

Qol.Az-ın məlumatına görə, buna səbəb 30 yaşlı hücumçunun zədələnməsidir.

Digər tərəfdən yığmanın daha bir üzvü Yordi Klasie də xəsarət alıb. Bununla da hər iki futbolçu Hollandiya millisinin 16-19 noyabr aralığında keçirəcəyi Yaponiya və Kolumbiya yığmaları ilə oyunda iştirak edə bilməyəcək.

Qeyd edək ki, həmin futbolçuların əvəzinə “Norviç”dən Leroy Fer və “Vitesse”dən Davi Propper millinin heyətinə daxil ediliblər.

Son xəbərlər
topaz banner