"Çelsi" qovulan məşqçiyə təzminat ödəyir

"Çelsi" qovulan məşqçiyə təzminat ödəyir
XƏBƏR 13 Noyabr 2013 / 12:41 2155
-  A +

"Çelsi"də Çempionlar Liqasını qazanaraq tarixə keçən və hazırda heç bir yerdə işləməyən Roberto Di Matteonun işsiz qalmasının səbəbi məlum olub.

Qol.Az-ın "Sporx.com"a istinadən verdiyi məlumata görə, ÇL-i qazandıqdan 6 ay sonra klub prezidenti Roman Abramoviç tərəfindən qovulan italiyalı mütəxəssisə klub hələ də pul ödəyir.
 
Baş məşqi istefaya göndərilən zaman onun klubla 3 illik müqaviləsi qaldığı üçün "Çelsi" hər həftə Di Matteoya 130 min funt-sterlinq maaş verir.

İndiyə kimi 7 milyon avro qazanan təcrübəli mütəxəssis buna görə də hələlik yeni klub çalışdırmağa tələsmir.

 


Son xəbərlər
topaz banner