"Neymar Messini əvəz etməyə qadirdi"

"Neymar Messini əvəz etməyə qadirdi"
XƏBƏR 13 Noyabr 2013 / 11:32 2178
-  A +

“Barselona”nın braziliyalı müdafiəçisi Dani Alveş komanda yoldaşı Neymar haqda müsbət fikirlər səsləndirib.

Qol.Az-ın məlumatına görə, müdafiəçi bildirib ki, Neymar zədəli olan argentinalı futbolçu Lionel Messini əvəz etməyə qadirdir.

“Neymar buna hazırdır. O, bilir ki, “Barselona” üçün nə qədər vacib bir oyunçudur və onun bu cür hallarda məsuliyyəti iki qat artır. Messi zədəlidir və kimsə onun vəzifəsini öz öhdəsinə götürməlidir. Neymar bunu etməyə qadirdi. Neymarın istedadı buna imkan verir. O, bu vəzifənin öhdəsindən gələcək” – deyə Alveş bildirib.

Xatırladaq ki, La Liqanın 13-cü turu çərçivəsində “Betis”lə oyun zamanı Messi zədələnərək meydanı tərk etmişdi. Həkimlər onun 6-8 həftə yaşıl meydanlardan kənarda qalacağını deyiblər.

Son xəbərlər
topaz banner