Messi azarkeşlərinə səsləndi

Messi azarkeşlərinə səsləndi
XƏBƏR 13 Noyabr 2013 / 11:06 2727
-  A +

"Barselona"nın futbolçusu Lionel Messi azarkeşlərinə ismarıc göndərib.

Qol.Az-ın məlumatına görə, rəsmi "Facebook" səhifəsindən ona dəstək olan insanlara təşəkkürünü bildirən argentinalı hücumçu deyib:

"Hər kəsin bildiyi kimi bir müddət forma geyə bilməyəcəm. Bu müddət ərzində zədəmi tez bir zamanda sağaltmağa çalışacam. Mənim üçün komanda ilə birlikdə olmamaq çox pisdir. Mənə qarşı olan bu dəstəyə oynadığım futbolla qarşılıq verəcəm. Hər kəsə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Messi La Liqada "Betis"lə matçda zədələndiyi üçün 2 ay yaşıl meydanlardan uzaqda qalacaq.


Son xəbərlər
topaz banner