"Ronaldo ilə çalışmaq karyeramda ən gözəl hadisə idi"

"Ronaldo ilə çalışmaq karyeramda ən gözəl hadisə idi"
XƏBƏR 13 Noyabr 2013 / 10:36 2439
-  A +

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo “Real” (Madrid) klubunda forma geyinən Kriştiano Ronaldo haqda maraqlı açıqlamalar verib.

Qol.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis dünya futbolunda Ronaldo qədər peşəkar futbolçu görmədiyini bildirib:

“Dünyada Ronaldo qədər peşəkar futbolçu yoxdur. Onunla birgə çalışmağım karyeramda baş verən ən gözəl hadisə idi. Bəli, bizim bir neçə dəfə anlaşılmazlıqlarımız olub. Lakin bu hər məşqçi və futbolçu arasında olur. Fikirləşirəm ki, Ronaldo başqa bir aləmdəndir”.


Son xəbərlər
topaz banner