Ruslan Abışov: "Qələbə hər zaman şirin olur"

Ruslan Abışov: "Qələbə hər zaman şirin olur"
XƏBƏR 12 Noyabr 2013 / 19:22 2680
-  A +

"İlin son oyunlarıdır. Estoniya millisi güclü komandadır. Qırğızıstan yığması haqda isə elə də məlumatım yoxdur".

Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin futbolçusu Ruslan Abışov deyib.

R.Abışov qarşıdakı oyunlarda da qələbə qazanmağa çalışacaqlarını bildirib: "Yoldaşlıq oyunları olmasına rəğmən, qələbə qazanmağa çalışacağıq. Çünki qələbə hər zaman şirin olur. Rusiya yığması ilə oyundan sonra əvvəlki zədəm bir qədər də pisləşdi. Üç həftə məşq etmədim. Artıq məşqlərə başlamışam. Yavaş-yavaş formaya düşürəm".
 

Son xəbərlər
topaz banner