İbrahimoviç üçün böyük qürur

İbrahimoviç üçün böyük qürur
XƏBƏR 12 Noyabr 2013 / 19:20 2946
-  A +

PSJ klubu və İsveç millisinin futbolçusu Zlatan İbrahimoviçin uğurlarına ölkəsi də biganə qalmaq fikrində deyil.

Qol.Az-ın "Sporx.com"a istinadən verdiyi məlumata görə, İsveçin poçt təşkilatı ulduz hücumçunun şəkilinin olduğu əskinasları dövriyyəyə buraxmağa hazırlaşır.
 
"Zlamp" adı veriləcək bu əskinaslar vasitəsi ilə ölkədə məktub xidmətlərindən istifadənin yenidən məşhurlaşacağı istisna olunmur.
Dövriyyəyə 2014-cü il mayın 27-də buraxılması gözlənilən pul üçün 5 fərqli forma hazırlanıb.

Bu barədə fikrini bildirən Z.İbrahimoviç isə qürur hissi keçirdiyini deyib: "Əskinasın üzərində şəklim olacaq. Bu, mənim üçün böyük şərəfdir".

Son xəbərlər
topaz banner