"İnter" "Sumqayıt"la qarşılaşacaq

"İnter" "Sumqayıt"la qarşılaşacaq
XƏBƏR 12 Noyabr 2013 / 16:38 1128
-  A +

Topaz Premyer Liqanın 13-cü turundan  sonra "İnter"in baş məşqçisi Kaxaber Sxadadze futbolçulara istirahət verib.
 
Qol.Az-ın məlumatına görə, sabah 3 günlük istirahətdən sonra komanda yenidən bir araya gələcək və "Şəfa" stadionda məşq edəcək.
 
Qeyd edək ki, çempionatda yaranmış fasilə zamanı "İnter" bir yoxlama matçı keçirəcək. Bu oyunda komandamızın rəqibi "Sumqayit" olacaq. Qarşılaşma noyabrın 16-sı "Şəfa" arenasında baş tutacaq. Görüş saat 18.00-da başlayacaq.

Son xəbərlər
topaz banner