“Neftçi”nin 10-cu avtoqolu
Topaz Premyer Liqasının 13-cü turunun “Neftçi” – “Bakı” oyunu mövsümün 3-cü avtoqolu ilə yadda qalıb.
Qol.Az-ın məlumatına görə, meydan sahiblərinin legioneri Erik Ramos öz qapısına qol vurub.
“Neftçi”nin 2:1 hesabı ilə qalib gəldiyi matçdakı avtoqol Azərbaycan çempionatları tarixində sayca 120-ci olub. Eyni zamanda bütün çempionatların iştirakçısı olan “ağ-qaralar” da 10-cu dəfə 10-cu belə uğursuzluğu olub.
31.03.1996 Rasim Abışov Turan – Neftçi
01.11.1997 Kamal Quliyev Neftçi – Viləş
15.05.2001 Arif Əsədov Şəmkir – Neftçi
11.03.2001 İlham Yadullayev Neftçi – Turan
20.08.2006 Mahir Şükürov Neftçi – İnter
30.03.2008 Rəşad Sadıqov Neftçi – Bakı
11.12.2010 Denis Silva Neftçi – Bakı
10.09.2011 Ruslan Abışov Xəzər Lənkəran – Neftçi
14.04.2012 Ruslan Abışov Neftçi – İnter
10.11.2013 Erik Ramos Neftçi – Bakı
Artıq 3-cü dəfə “Bakı” üçün qol vuran “Neftçi” ən çox məhz bu rəqiblə görüşlərdə avtoqola üzülüb. Ramosa qədər Rəşad Sadıqov və Denis Silva da eyni halla üzləşmişdi. Paytaxtın eyniadlı təmsilçisi isə ümumilikdə 13-cü dəfə qarşılaşdığı komandanın qoluna sevinib.
04.12.1999 Elşad Kərimov Viləş – Dinamo
09.09.2000 Dmitri Spirin Şəfa – Dinamo-Bakılı
09.11.2004 Elxan Abdıyev Turan - Dinamo
05.07.2003 Kamil Yunusov Şahdağ-Samur - Dinamo
02.10.2005 Natiq Qasımov MOİK – Bakı
08.12.2006 Elnur Abbasov Bakı – Karvan
08.04.2007 Kamran Əlibabayev Bakı - Şahdağ
30.03.2008 Rəşad Sadıqov Neftçi - Bakı
11.12.2010 Denis Silva Neftçi - Bakı
01.05.2011 Zaur Həşimov Qarabağ - Bakı
22.04.2012 Namiq Yusifov Qarabağ - Bakı
16.02.2013 Juan Fransisko Bakı – AZAL
10.11.2013 Erik Ramos Neftçi – Bakı
Qeyd edək ki, mövsümün ilk 2 avtoqolu “Sumqayıt”ın hesabında idi. “Gənclik şəhəri” təmsilçisinin üzvləri ardıcıl 2 turda öz qapısına qol vurmuşdu. 9-cu turun “İnter”lə görüşündə Adil İbrahimov, növbəti turun “Qarabağ”la matçında isə Anar Nəzirov eyni səhvə yol vermişdi.