Mövsümün “sülhsevər” turu

Mövsümün “sülhsevər” turu
XƏBƏR 12 Noyabr 2013 / 13:21 1407
-  A +

Topaz Premyer Liqasının XIII turu mövsümün rekordu ilə əlamətdar olub.
 
Qol.Az-ın məlumatına görə, baş tutan 5 qarşılaşmadan 4-ü heç-heçə ilə başa çatıb.

Yalnız “Neftçi”nin qələbə qazandığı turda uduzan tək komanda “Bakı” olub. Paytaxt derbisində “ağ-qaralar” 2:1 hesabı ilə qalib gəlib.

Digər oyunlardan AZAL –“Qarabağ” və “Rəvan” – “Sumqayıt” görüşləri eyni 1:1 hesabı ilə başa çatıb. “İnter”lə “Simurq”, həmçinin “Xəzər Lənkəran”la “Qəbələ” isə meydanı qol vurmadan tərk edib.

Bir turda 4 heç-heçənin qeydə alınması mövsümün yeni rekordudur.
Bunadək 7-ci və 8-ci turlar hərəsi 3 heç-heçə ilə daha “sülhsevər”olmuşdu. Azərbaycan çempionatları tarixinə nəzər salsaq sonuncu belə hadisə ötən mövsümün startında qeydə alınıb.

2012/13 mövsümünün 1-ci turunda baş tutmalı olan 6 oyundan 5-i keçirilib və 4-də bərabərlik qeydə alınıb. 15 ay əvvəlki turun təxirə salınan yeganə matçı da sonradan “sülh”lə nəticələnib. Bir sözlə, turun 6 matçından 5-də heç-heçə başa çatıb.




2012/13 mövsümü


1-ci tur

04.08.2012 Simurq (Zaqatala) - Qəbələ 1:1

04.08.2012 Sumqayıt - AZAL (Bakı) 2:2

04.08.2012 Kəpəz (Gəncə) - Turan (Tovuz) 1:2

05.08.2012 İnter (Bakı) - Qarabağ (Ağdam) 1:1

05.08.2012 Rəvan (Bakı) - Xəzər Lənkəran 1:1

1-ci turun təxirə salınan oyunu

18.12.2012 Neftçi (Bakı) - Bakı 1:1

Son xəbərlər
31.05.24  12:58

"Roma"dan gedir