Foqts daha bir futbolçuya dəvət göndərdi

Foqts daha bir futbolçuya dəvət göndərdi
XƏBƏR 12 Noyabr 2013 / 10:20 2421
-  A +

Noyabrın 15-də Tallinn şəhərində Estoniya, noyabrın 19-da isə Bişkek şəhərində Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək və bu məqsədlə dünəndən etibarən təlim-məşq toplanışında olan (11-13 noyabr - Bakı, 14-16 noyabr - Tallinn, 17-19 noyabr - Bişkek) Azərbaycan milli komandasının heyətinə daha bir futbolçu qatılıb.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Berti Foqts  “Sumqayıt” klubunun üzvü Vurğun Hüseynova dəvət göndərib.

Qeyd edək ki, almaniyalı mütəxəssis bundan öncə Hüseynovun komanda yoldaşı Fərcad Pərdis-Azadı da milliyə çağırıb. 

Son xəbərlər
topaz banner