"Milan" baş məşqçisi ilə bağlı qərarını açıqladı

"Milan" baş məşqçisi ilə bağlı qərarını açıqladı
XƏBƏR 12 Noyabr 2013 / 03:14 3033
-  A +

İtaliyanın "Milan" klubunun baş məşqçisi Massimiliano Alleqri postunda qalacaq.

Qol.Az-ın xəbərinə görə, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bu mövsüm uğursuz çıxışı ilə diqqət çəkən Milan təmsilçisinin baş məşqçisi ilə yollarını ayıracağı gözlənilirdi. Lakin klubun prezidenti Silvio Berluskoni və vitse-prezident Adriano Qalliani 46 yaşlı mütəxəssisin komandada qalmasına dair qərar veriblər.

Qeyd edək ki, bu mövsüm A Seriyada 12 oyuna çıxan "Milan" klubu 13 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.


Son xəbərlər
topaz banner