"Qarabağ" istirahətə buraxıldı

"Qarabağ" istirahətə buraxıldı
XƏBƏR 11 Noyabr 2013 / 17:30 1869
-  A +

Topaz Premyer Liqanın XIII turunda AZAL-la (1:1) qarşılaşmadan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanı 4 günlük istirahətə buraxıb.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, milli oyunlarla əlaqədar ölkə çempionatında yaranmış fasilə səbəbindən reallaşan istirahət noyabrın 13-də başa çatacaq.

Noyabrın 14-də  toplanacaq komanda "Rəvan"la oyunun hazırlıqlarına başlayacaq.

 


Son xəbərlər
topaz banner