Xavi: "Barselodan ayrılmaq istəyirdim"

Xavi: "Barselodan ayrılmaq istəyirdim"
XƏBƏR 11 Noyabr 2013 / 17:09 2539
-  A +

"Barselona" klubunun futbolçusu Xavi Hernandez maraqlı açıqlama verib.

Qol.Az-ın məlumatına görə, Fransa mətbuatına danışan təcrübəli yarımmüdafiəçi müəyyən vaxtlarda Kataloniya klubundan ayrılmağı düşündüyünü bildirib:

"Ayrılmaq üçün fərqli səbəblərim var idi. Amma hər zaman qəlbimin səsini dinlədim və qalmağa qərar verdim".

Baş məşqçisi Xerardo Martino haqda da müsbət fikirlər səsləndirən Xavi onun futbol fəlsəfəsini bəyəndiyini qeyd edib: "O, mənə Luis Araqonesi xatırladır. Kataloniya klubunun futbol fəlsəfəsini çox yaxşı anlayıb".

Son xəbərlər