Fabreqas: "Messi yaşıl meydanlara qayıtmağa tələsməməlidir"

Fabreqas: "Messi yaşıl meydanlara qayıtmağa tələsməməlidir"
XƏBƏR 11 Noyabr 2013 / 13:19 2257
-  A +

“Barselona” klubunun ispan yarımmüdafiəçisi Sesk Fabreqas Lionel Messinin yenidən zədələnərək meydanı tərk etməsinə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, Fabreqas La Liqanın 13-cü turunda "Betis"lə görüşdə zədələnən Messinin yenidən yaşıl meydanlara qayıtmağa tələsməməli olduğunu bildirib:

“Düşünürəm ki, Messi fasilə etməlidir. Ona yaxşıca sağalmaq lazımdır. Bunun üçün nə qədər vaxt lazımdırsa, o qədər də gözlənilməlidir. Leo komandaya sağlam və formada qayıtmalıdır. Bu baxımdan Messi meydana qayıtmağa tələsməməlidir".

Qeyd edək ki, daha öncə “Almeriya” ilə zədələnən Messi 3 həftə yaşıl meydanlardan uzaq qalmışdı.

Xatırladaq ki, Messi La Liqada 5 turdur ki, fərqlənə bilmir.

Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə