Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Rəvan” - "Sumqayıt” matçında (1:1) meydan sahiblərinin vurduğu yeganə qolun müəllifi Ceyhun Cavadov klubun rəsmi saytına müsahibə verib.
- "Rəvan” forması ilə ilk qolunu vurdun. Qoldan sonra nə hisslər keçirdin?
- Xüsusi sevinc oldu desəm, düz çıxmaz. Sadəcə, komandamın daha da yaxşı çıxış etməsi, uğurlu nəticələr qazanması üçün çalışıram. Qol vurmaq da yaxşıdır. Təbii, bu bir ilk olduğundan müəyyən mənada özünəəminliyimi artırır. Amma yenə deyirəm ki, xüsusi hisslər keçirmədim.
- Qolu təsvir edərdin...
- Vareanın topu saxladığını və mənə tərəf baxdığını görüncə, topu mənə tərəf ötürəcəyini anladım. Boş zonaya açıldım ki, rahat olsun. Top önümə gələrkən qapını tam gördüyümdən zərbə vurmaq qərarına gəldim. Şükür, zərbəm dəqiq oldu.
- Qolu kimə həsr etdin?
- Qolu atama həsr etdim. O, stadionda idi və qoldan sonra ona tərəf qaçdım. Atamın üzərimdə böyük əməyi var, bu səviyyəyə çatmağımda müstəsna xidmətləri olub. İnşallah, onun üçün hələ çoxlu qollar vuracam.
- Atan bütün oyunlarını izləyir?
- Atam, demək olar, bütün oyunlarıma gəlir. Yalnız Bakıdan çox uzağa çıxanda orda olmur. Qalan bütün görüşlərdə mənə stadiondan mənəvi dəstək olmağa çalışır.
- Çempionatın əvvəlində az-az oynayırdın, amma indi demək olar, əsas heyətin üzvünə çevrilmisən. Nə dəyişdi ki?
- Mövsümlərarası fasilədə Ramil Əliyev məni komandaya dəvət etdi. İlk turlarda da şans verirdi. Amma Vladislav Qədirov baş məşqçi olandan sonra ehtiyatda qalmağa başladım. Demək olar, şans vermədi mənə. Şahin müəllim gələndən sonra isə yenidən oynamağa başlamışam. Görünür, Vladislav müəllimin oyun üslubuna uyğun gəlmirdim. Hər halda, hər məşqçinin öz seçimi olur və ona hörmətlə yanaşmaq lazımdır.
- Şahin Diniyev son mətbuat konfransında sənin gələcəyini parlaq gördüyünü, böyük potensiala sahib olduğunu bildirdi. Və əlavə etdi ki, öz üzərində daim və çoxlu işləməlisən...
- Şahin müəllimlə mən də söhbət etmişəm. Mənə də deyib ki, öz üzərində çox işləsən, gələcəkdə yaxşı futbolçu olacaqsan. Şükür Allaha, məşqçinin tapşırıqlarını canla-başla yerinə yetirirəm. Ola bilər ki, bəzən istənilən oyunu göstərə bilmirəm. Amma hər şeyin yaxşı olması üçün əlimdən gələni əsirgəmirəm.
- Artıq gələn mövsüm yaş limitinə düşməyəcəksən. Başqa sözlə, əsas heyətdə oynamaq daha da çətinləşəcək. Bu barədə düşünmüsən?
- Əlbəttə. Artıq indidən bu barədə düşünürəm. Üzərimdə çalışıb komandanın aparıcı üzvlərindən birinə çevrilmək istəyirəm. Yalnız bu halda gələn mövsüm də mütəmadi oynaya bilərəm. Məşqlərdə də hazırlıq bitəndən sonra qalıb əlavə çalışıram. İnşallah əziyyətimin qarşılığını görərəm. Buna böyük ümidim var.
Rodri "Real"la razılaşdı
PSJ-dən "Atletiko"ya
Urfan Abbasov "Kəpəz"də
"Qəbələ" "Şəfa"ya qarşı
"Barselona"nın "Qamper kuboku"ndakı rəqibi bəlli oldu
İtaliya millisi Pirloya tapşırıldı
Rodri əməliyyat olunacaq
"Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
Ceyhun Nuriyevin yeni klubu
Buffon İtaliya millisinə qayıtmaqdan imtina etdi
De Yonq Niderland millisinii günahlandırır
Van Bommelin təyinatı açıqlandı
"Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
"İmişli"dən ayrılan futbolçu "Xankəndi"də
Klopp debütünü Niderlanda qarşı edəcək
"Monako"nun futbolçusu "Nyukasl"a keçdi
Per Mertezaker Almaniya millisində - Rəsmi
"Zirə"dən ayrılan hücumçu bu kluba keçdi
Yurgen Klopp rəsmən Almaniya millisində! - Yenilənib
Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
Qvardiola İtaliya millisinə "yox" dedi
Argentina millisi ilə vidalaşdı
"Payde"nin kapitanı "Zirə" ilə oyundan danışdı
"Arsenal" yeni formasını təqdim etdi - Şəkil
Futbolun ən gözəl tərəfi - Masazırdan reportaj
"Cavab oyununda bəzi şeyləri dəyişməliyik" - Mateuş Koxalski
"Beşiktaş"ın qələbəsi - Video
Millinin baş məşqçisi ilə bağlı qərar verildi
"Belə xəbərlər mənə və ailəmə pis təsir edir" - Joni Montiel
De Yonq uzun müddət oynamayacaq